“Sumqayıt”a vaxt verilib. Klub Beynəlxalq İdman Arbitraj Məhkəməsinin (CAS) qərarını bir ay ərzində icra etməlidir.

Futbolinfo.az xəbər verir ki, “Sumqayıt”ın sabiq məşqçisi Elnur Çodarovun müraciəti əsasında araşdırma aparan CAS qərarını verib. “Kimyaçılar” həm 3 aylıq maaşı, həm də digər xərcləri bir ay ərzində ödəməlidir. Əks halda, növbəti və daha ağır cəza qaçılmazdır.

“Sumqayıt” qərarın tələblərini yerinə yetirməsə, ilk olaraq transfer qadağasına məruz qalacaq. Bundan başqa, maliyyə sanksiyaları da mümkündür.

Shares: