Azərbaycan millisinin futbolçusu Ramil Şeydayevin çıxış etdiyi Tailandın “Buriram Yunayted” klubu Asiya Çempionlar Liqasının qrup mərhələsinə qələbə ilə başlayıb.
Futbolinfo.az xəbər verir ki, ölkə çempionu Çinin “Qrintaun” klubunu məğlub edib.
Qarşılaşma Tailand təmsilçisinin 4:1 hesablı qələbəsi ilə bitib. Görüşə start heyətində başlayan Şeydayev 73-cü dəqiqədə əvəzlənib.
Ramilin komanda oktyabrın 4-də Yaponiyada “Kofu”nun qonağı olacaq.