Türkiyə millisinin baş məşqçisi Ştefan Kunts postundan rəsmən göndərilib.
Futbolinfo.az xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Federasiya 60 yaşlı mütəxəssislə qarşılıqlı razılıq əsasında vidalaşdıqlarını açıqlayıb.
Ştefan Kunts 2021-ci ildən yığmaya rəhbərlik edirdi.