Avropa Liqasında həftənin oyunçusu adına namizədlər məlum olub.
Futbolinfo.az xəbər verir ki, “Sparta”dan (Çexiya) Ladislav Kreyçi, “Renn”dən Adrien Truffer, qrup mərhələsində “Qarabağ”ın rəqiblərindən olan “Bayer”dən Amin Adli və “Ayaks”dan Karlos Borges bu ada namizəddir.
Konfrans Liqasında da həftənin ən yaxşısı adına namizədlər bəllidir. Bu ada “Zrinski”dən Zvonimir Kojul, “Legiya”dan Ernest Muçi, “Ludoqorets”dən Yakub Pyotrovski, “Fiorentina”dan isə Luka Ranyeri namizəddir.
Qaliblər UEFA-nın saytında keçirilən sorğu nəticəsində müəyyənləşəcək.