Deklan Rays komandasının oyunundan razıdır. “Arsenal”ın yarımmüdafiəçisi məğlubiyyətə rəğmən, “Lans”dan daha yaxşı oynadıqlarını iddia edir.

Futbolinfo.az xəbər verir ki, dünən Çempionlar Liqasının 2-ci turu çərçivəsində Fransada 1:2 hesabı ilə uduzan “topçular”ın yarımmüdafiəçisi deyib: “Matçı tamamən üstün keçirdik, topa sahib olduq. Oyunu biz idarə edirdik. “Lans” asan rəqib deyil, meydan boyunca mübarizə apardılar. Onlar təzyiq edir, topu əldə etməyə çalışırdı”.

Rays baş məşqçinin heyətdəki rotasiyalarının doğru olduğunu düşünür: “Hər matç önəmlidir, heyətdə dəyiikliklər vacibdir. Uduzsaq da, oyun baxımından yaxşı idik. Bu matçda çatmayan yeganə şey uğurlu sonluq idi. Rəqib müdafiəçilər çox yaxşı idi. Bu oyundan dərs alıb, növbəti görüşlərdə daha yaxşısını etməliyik”.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp