2023/2024 mövsümündə Azərbaycan Basketbol Liqasında çıxış edəcək “Sumqayıt” və NTD-INDIGO komandaları yoxlama oyununda üz-üzə gəliblər.

Futbolinfo.az xəbər verir ki, qarşılaşma Texniki Universitetin idman zalında baş tutub.

NTD-INDIGO çempionatın debütantını 80:60 hesabı ilə üstələyib.

NTD-INDIGO ötən mövsüm Azərbaycan Basketbol Liqasında bürünc medal qazanıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp