“Aston Villa” və “Vissel Kobe” əməkdaşlıq müqaviləsi bağlayıb. İngiltərə və Yaponiya klubları bundan sonra əlbir işləyəcək.

Futbolinfo.az xəbər verir ki, sözügedən klubların razılaşması əsasında yapon futbolçular bu komanda vasitəsi ilə Avropaya gələcək. Yaponiya təmsilçisi istedadlarını ilk olaraq “Aston Villa”ya təklif edəcək. İngilislər ya onları öz heyətinə qatacaq, ya da digər klublara getmələrinə şərait yaradacaq.

İngiltərə təmsilçisi gələcəkdə “Vissel Kobe” ilə birlikdə akademiya açmağı da düşünür. Məqsəd asiyalı yeniyetmələrin inkişafına dəstək verməkdir.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp