Leroy Sane “Bayern”də sentyabr ayının ən yaxşı futbolçusu seçilib.

Futbolinfo.az xəbər verir ki, azarkeşlərin 39 faizi almaniyalı yarımmüdafiəçiyə səs verib.

O, səsvermədə Matis Tel (23 faiz) və Harri Keyni (13 faiz) qabaqlayıb.

Sentyabrda Sane Bundesliqada 4, Çempionlar Liqasında isə 1 oyun keçirib və 4 qol vurmağı bacarıb. Daha əvvəl futbolçunun Münhen klubunda qalmağa hazır olduğu bildirilirdi.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp