Gəncədə Zəfər Gününə həsr olunan kikboksinq üzrə açıq şəhər birinciliyi keçirilib. Yarışda 20 komanda iştirak edib.

Futbolinfo.az xəbər verir ki, birinciliyə Gəncə ilə yanaşı, Mingəçevir və Şəki şəhərlərindən, Gədəbəy, Göygöl, Kəlbəcər, Göyçay, Şəmkir, Samux rayonlarından idmançılar qatılıb. Onlar beynəlxalq kikboksinq qaydaları üzrə qüvvələrini sınayıblar.

Qaliblər sonda diplom, medal və kubokla təltif edilib.

BƏHRUZ MUSAYEV, GƏNCƏ

94fb75e8 912d 4438 99ee 1164062e3f50 - Futbolinfo.az
Shares: