La Liqanın rəhbəri Xavyer Tebas İngiltərə Premyer Liqasına yalnız A Seriyasının yaxınlaşa biləcəyini qeyd edib.

“Fikrimcə A Seriyasından başqa hansısa bir liqanın İPL-ə müqavimət göstərəcəyi inanadırıcı görünmür. Bu ölkədə adam başına düşən gəlir çox yüksəkdir. Televiziya ilə bağlanmış müqavilə də yaxşıdır. İdman isə inkişafdadır.

İtaliyada maliyyə nizamnaməsi ilə bağlı daxili problemlər mövcuddur. Lakin vergi məsələsi başqaları ilə müqayisədə daha güzəştlidir. Orada klublara pul qoyan sahibkarlar var. Onlar öz pullarını sərf edirlər. İnfrastrukturu yaxşılaşdırmağa çalışırlar”, – deyə Tebas bildirib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp