AFFA İcraiyyə Komitəsinin bugünkü iclasında Firudin Qurbanovun da maraqlı çıxışı olub. Təhsil Nazirliyinin nümayəndəsi Canni de Byazinin millimizin baş məşqçi postunda saxlanılmasının gərəkli olmadığını bildirib.

Futbolinfo.az xəbər verir ki, Qurbanov konkret faktlarla danışıb. O, hər zaman yerli məşqçilərdən daha faydalı, nəticələrin statistikasının daha yaxşı olduğunu bildirib, fikrini rəqəmlərlə əsaslandırıb.

Firudin bəy italiyalının hərəkətlərini də qınayıb. O, baş məşqçinin sevincini köməkçisi Arif Əsədova təpik atmaqla qeyd etməsini mənfi hal sayıb, bu kimi hərəkətlərin bizim kimi ölkələrdə qəbul edilmədiyini, bunun mentalitetimizə uyğun olmadığını qabardıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp