FİFA Fransanın gənclərdən ibarət yığmasını İndoneziyada keçirilən 17 yaşadək futbolçular arasında dünya çempionatından uzaqlaşdıra bilər. Buna səbəb onların qaydaları pozmasıdır.

Belə ki, “Monpelye”nin hücumçusu Yanis İssoufou seçmə mərhələdə həm Niger millisinin tərkibində, həm də Fransanın heyətində çıxış edib. FİFA qaydaları bir futbolçunun eyni turnirdə iki komandada oynamasını qadağan edir.

Fransa millisi ehtiyat tədbiri olaraq İssufuunu Seneqala qarşı 1/8 final matçı üçün heyətə daxil etməyib. Amma bu, çətin ki, onların cəzalanmasının qarşısını alsın. Qərar tezliklə verilməlidir.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp