UEFA İntizam Komitəsi PSJ və “Milan” klublarını cərimələyib. Buna hər iki komanda arasında baş tutan Çempionlar Liqasının qrup mərhələsinin III turunun matçında azarkeşlərin davranışı səbəb olub.

Paris təmsilçisi fanatlarının pirotexniki vasitələrdən istifadəsinə, stadionda keçidləri bağlamasına və meydana daxil olmasına görə 98 min avro cərimələnib. PSJ-yə 2 illik sınaq müddəti təyin edilib. Belə hallar bir də təkrarlanacağı təqdirdə, klubun ev oyunlarını keçirdiyi stadion azarkeşlər üçün qismən bağlanacaq.

“Milan” isə öz növbəsində tərəfdarların insidentlərinə və pirotexniki vasitələrdən istifadəsinə görə 23 min avro ödəyəcək.

Qeyd edək ki, Fransadakı qarşılaşma PSJ-nin 3:0 hesablı qələbəsi ilə başa çatmışdı.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp