Qadınlar arasında onlayn keçirilən sürətli şahmat üzrə dünya çempionatının qalibi məlum olub. Yarışın finalında çinli Hou Yifan hindistanlı Harika Dronavalliyə 15:11 hesabı ilə qalib gəlib.
Bundan əvvəl yarımfinalda Hou Yifan əvvəllər Rusiya yığmasında çıxış etmiş isveçrəli Aleksandra Kostenyukla görüşdə 12,5:9,5 hesabı ilə qalib gəlmişdi. Digər görüşdə Dronavalli rusiyalı Yekaterina Laqnodan üstün olmuşdu (12:10).
Qeyd edək ki, yarışın mükafat fondu 75 min dollardır.
Turnirin əsas favoriti elə əvvəlcədən dünya reytinqinin lideri, aktiv şahmatda karyerasını çoxdan bitirmiş Hou Yifan hesab olunurdu. Çinli qrossmeyster 2010-2012, 2013-2015 və 2016-2017-ci illərdə klassik şahmat üzrə fasilələrlə dünya çempionu olub.