Dünyada ən məşhur nəşrlərdən olan “Goal” Fransa milli komandasını 2024-cü il Avropa çempionatının əsas favorit hesab edir.
Didye Deşamın komandası Avropa çempionatına vəsiqə qazanmış komandaların reytinqində 1-ci yerdə göstərilib. Türkiyə milli komandasının da çempion olma şansı yüksək qiymətləndirilib.
Fransadan sonra Avropa çempionu olmağa əsas namizəd Portuqaliya milli komandasıdır. Kriştiano Ronaldonun lider olduğu komanda siyahıda ev sahibləri Almaniyanı , həmçinin İspaniya , İngiltərə və Belçikanı da qabaqlayır.
Nəşr son Avropa çempionu İtaliyanı yüksək yerdə göstərməyib. İtalyanlar reytinqdə Türkiyə milli komandasından daha şanssız görünür.