“Qəbələ” Premyer Liqanın 14-cü turunun sabah keçiriləcək oyununda “Turan Tovuz”u qəbul edəcək.

Futbolinfo.az xəbər verir ki, görüş Qəbələ şəhər stadionunda keçiriləcək.

Ev matçının hazırlığına “qırmızı-qaralar”ın 2 futbolçusu qatılmayıb. Fares Abu Akel və Emil Səfərov bərpa prosesini davam etdirirlər.

Qəbələ şəhər stadionunda keçiriləcək “Qəbələ” – “Turan Tovuz” görüşü saat 16:00-da başlayacaq.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp