Bu gecə MBA-da keçirilən oyunlar arasında bizim üçün ən maraqlısı “Hyuston Rokets” – “Denver Naggets” qarşılaşması olub. Son 4 oyunun 3-də məğlub olan çempion uğursuzluq zolağındadır. Bundan da meydan sahibləri maksimum yararlanıblar. Onlar 105:86 hesabı ilə qələbə qazanıblar.

Görüşdə Nikola Yokiç 38 xal toplayıb və 19 ribaund edib. Komanda yoldaşları arasında 20 xal yığan Kentavius Kolduelli də qeyd etmək olar. Ancaq bütün bunlar “Rokets”in komanda oyunu qarşısında acız qalıb.

“Hyuston”un heyətində Ceylen Qrin 25 xal toplamaqla ən məhsuldar olub. Türkiyəli basketbolçu Alperen Şengünə isə tripl-dabl etmək üçün 2 məhsuldar ötürmə çatmayıb. O, görüşü 21 xal, 14 ribaund və 8 asistlə tamamlayıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp