“Səbail” komandasının qol seriyası qırılıb. Azərbaycan Premyer Liqasında mövsümün ilk 13 oyununda meydanı qolsuz tərk etməyən “dənizçilər” “Kəpəz”in qapısına yol tapmayıb.

Futbolinfo.az xəbər verir ki, XIV turun matçı qolsuz heç-heçə ilə başa çatıb.

Bakılılar əvvəlki 13 görüşdə 22 qola imza atıb. Paytaxt klubu mövsümün startındakı qollu oyunlar sayında son 23 mövsümün rekordunu təkrarlayıb. “Neftçi” 2018/19, “Zirə” 2021/22, “Qarabağ” 2022/23 mövsümündə ilk 13 görüşü qol vurmadan tərk etməyib.

Ölkə çempionatlarının 31 illik tarixində yalnız iki komanda daha uzun seriyaya malik olub. “Kəpəz” 1993/94, “Neftçi” 2000/01 mövsümlərində startda ardıcıl 14 oyunda qol sevinci yaşayıb. Tarixin 3-cü nəticəsinə şərik olan “Səbail” bu rekordun bir addımlığında dayanıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp