İspaniya La Liqasına 15-ci tura yekun vurulub.

Futbolinfo.az xəbər verir ki, son gündə bir görüş baş tutub.

“Selta” “Kadis”i qəbu edib. Bu oyunda qalib müəyyənləşməyib.

Hazırda 38 xala malik “Real” və “Jirona” komandaları çempionata şərikli liderlik edirlər. “Barselona” 34 xalla üçüncü pillədə qərarlaşıb. Madrid “Atletiko”sunun 31, “Atletik”in 28 xalı var.

İspaniya La Liqası
15-ci tur

1 dekabr

Las Palmas – Xetafe 2:0
Qollar: Arauxo, 43. Herrera, 90+2.

2 dekabr

Jirona – Valensiya 2:1
Qollar: Stuani, 82; 88 – Duro, 56.

Atletik – Rayo Valyekano 4:0
Qollar: Quruseta, 23. Espino, 47-öz qapısına. İ.Uilyams, 64. N.Uilyams, 68.

Real – Qranada 2:0
Qollar: B.Dias, 26. Rodriqo, 57.

Osasuna – Real Sosyedad 1:1
Qollar: M.Qomes, 2 – U.Sadiq, 41.

3 dekabr

Malyorka – Alaves 0:0

Almeriya – Betis 0:0

Sevilya – Vilyarreal 1:1
Qollar: Salas, 75 – Morales, 77.

Barselona – Atletiko 1:0
Qol: J.Feliks, 28.

4 dekabr

Selta – Kadis 1:1
Qollar: Larsen, 57 – Ramos, 6.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp