Türkiyə mətbuatı Superliqa və I Liqa klublarının qış transferlərini dəyərləndirib.

Futbolinfo.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevin yeni komandası “Kocaelispor”un keçidlərinə də yer verilib.

Superliqaya vəsiqə uğrunda mübarizə aparan Kocaeli klubunda ən faydalı transferin məhz Şeydayev olacağı ehtimal edilib. 27 yaşlı forvardın I Liqanın 20-ci turunda “Altay” (2:0) önündə performansı yerli mətbuatın diqqətini çəkib: “Ramil Şeydayev digərləri ilə müqayisədə hazırlıqsız sayılırdı. Lakin son matçda gözlənilmədən start heyətində çıxış etdi. O, bu mövsüm ən yüksək məbləğə alınan oyunçudur. Hücumun həm cinahında, həm də mərkəzində oynamağı bacarır. “Altay”la görüşü pis keçirmədi, səviyyəsini ortaya qoydu. “Kocaelispor”un vingerlərinin driblinq bacarığı yoxdur. Görünür, bu işi Şeydayev görəcək. Bir sözlə, Ramil fiziki durumunu bir az da yaxşılaşdırsa, komandaya çox fayda verəcək”.

Qeyd edək ki, Ramil Şeydayev qış fasiləsində “Kocaelispor”la 1,5 illik müqavilə bağlayıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp