Futbol üzrə Niderland birinci divizionunda 24-cü turun oyunları keçirilib.

Futbolinfo.az xəbər verir ki, Azərbaycan milli komandasının yarımmüdafiəçisi Ozan Can Kökçünün formasını geyindiyi “Eyndhoven” də növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə “Emmen”lə qarşılaşıb. Oyunda qalib müəyyənləşməyib – 1:1.

Ozan da bu görüşün iştirakçısı olub və 89 dəqiqə oynayıb.

“Eyndhoven” hazırda 31 xalla 13-cü pillədə qərarlaşıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp