Milli Hokkey Liqası qarşıdakı 2 Olimpiya oyunlarında hokkeyçilərin iştirakını açıqlayıb. Bununla bağölı Liqa rəsmi bəyanat yayıb.

MHL, Liqa Oyunçularının Assosasiyası və Beynəlxalq Hokkey Federasiyası iştirakla bağlı əsas prinsiplərdə razılığa gəliblər. Bu razılaşmanın detalları ilə bağlı ətraflı məlumat yaxın aylarda təqdim ediləcək.

Xatırladaq ki, 2026-cı il Qış Olimpiya oyunları İtaliyada keçiriləcək. 2030-cu ilin təşkilatçısı isə hələlik məlum deyil. MHL-in oyunçuları 1998-ci ildən başlayaraq oyunlarda iştirak edirdi. Lakin 2018 və 2022-ci illərdə onlar yarışlardan kənarda idilər.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp