Bu gecə MBA-da 10 oyun keçirilib. Pley-in zonasına düşmək uğrunda mübarizə aparan “Hyuston Rokets” komandası evdə “Toronto Reptors”u 135:106 hesabı ilə məğlubiyyətə uğradıb. Hyustonluların türkiyəli basketbolçusu Alperen Şengünün aktivində 24 xal, 13 ribaund və 8 asist var. O , komandasında ən faydalı oyunçu olub. Hyuston komandasının əsas rəqiblərindən sayılan “Qolden Steyt Vorriors” Memfis səfərində qalib gəlib. 121:101. Stiv Körri görüşü 20 xalla tamamlayıb.

Autsayderlərdən biri “San Antonio Spörs” doğma arenada “Nyu-Orlean Pelikans”a uduzub. 113:114. Türkiyəli basketbolçu Cedi Osman 3 xal toplayıb. Qərb konfransının liderlərindən biri “Minnesota Timbervulvs” evdə “Orlando Mecik” qarşısında aciz qalıb. 106:108. “Sakramento Kinqs” isə çətin İndiana səfərindən qələbə ilə dönüb. 133:122. Domantas Sabonis də Şengün kimi tripl-dablın astanasında qalıb. Litvalı basketbolçunun aktivində 26 xal, 11 ribaund və 7 asist var.

Ardıcıl məğlubiyyətlərdən sonra özünə gələn “Mayami Hit” paytaxtda 110:102 hesabı ilə qələbə qazanıb. Şengün və Sabonisin bacarmadğını serbiyalı basketbolçu Nikola Yokiç edib. O, Portlendlə qarşılaşmada tripl-dabla imza atıb. Son çempion görüşü 120:108 hesablı qələbə ilə yekunlaşdırıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp