Basketbol üzrə Avroliqa turnirində 25-ci tura yekun vurulub. Ardıcıl uğursuzluqlardan sonra baş məşqçisini istefaya göndərən “Anadolu Efes” komandası İstanbulda “Olimpiya Milan”ı qəbul edib.

Hesabda bir neçə dəfə liderin dəyişdiyi oyunun ikinci hissəsini meydan sahibləri daha yaxşı keçiriblər. Xüsusilə də 3-cü period istanbullular üçün uğurlu alınıb. Yekunda komanda yeni baş məqşçi Tomislav Miyatoviçin rəhbərliyi altında ilk oyunda qələbə qazanıb -79:73.

Əsas rəqiblərinin məğlubiyyətindən istifadə edən “Barselona” bu turu qələbə ilə başa vurub. Katalonlar səfərdə “Srvena Zvezda”nı məğlub edərək ikinci yerdə möhkəmləniblər. “Virtus” isə 3-cü yeri özünə qaytarıb. Bolonya təmsilçisi doğma arenada “Partizan”dan üstün olub – 88:84. Maraqlıdır ki, oyunun 4 periodundan 3-də komandalar eyni xal toplayıblar. Yalnız 2-ci perioddakı 4 xallıq üstünlük meydan sahiblərinə qələbə qazandırıb.

Keçən tur evdə “Anadolu Efes”i məğlub edən “Jalgiris” bu dəfə İstanbul komandasının keçmiş baş məşqçisi Ergin Atamanı məyus edib. Litva komandası liderlərdən biri olan “Panatinaikos”u məğlub edib – 80:68. Gecənin son oyununda “Monako” doğma meydançada “Fənərbağça”dan üstün olub. Uzun müddət hesabda öndə olan qonaqlar son periodda qələbəni əldən veriblər – 76:69.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp