“Kəpəz”in növbəti ev oyunlarını harada keçirəcəyi dəqiqləşməyib. Gəncəlilərin Premyer Liqada qalmaq mübarizəsində əsas rəqibi olan “Qəbələ”nin öz meydanlarını bu komandaya verməkdən imtinasından sonra vəziyyət dəyişib.
Futbolinfo.az xəbər verir ki, Gəncə Stadionunun təmirə bağlanmasından sonra Tovuzda və Qəbələdə oynamağa məcbur olan komanda indi fərqli seçimlər edəcək. Martın 9-da “Neftçi”ni qəbul etmək üçün yenə Tovuza üz tutacaq “Kəpəz”, 28-ci turda “Qarabağ”la qarşılaşa bilər. Gəncəlilər rəqibinin meydanında – Respublika Stadionunda və ya “Azersun Arena”da – ev sahibi olmağa razıdır.
Növbəti turlarda “Sabah”, “Sumqayıt” və “Zirə”yə qarşı ev oyunlarının harada keçiriləcəyinə daha sonra qərar veriləcək.