İngiltərə Premyer Liqasında 17-ci turdan təxirə salınmış bir oyun keçirilib.
Futbolinfo.az xəbər verir ki, “Bornmut” doğma meydanda “Luton Taun”la qarşılaşıb.
İlk hissədə qonaqlar 3 cavabsız qola seviniblər. Amma ikinci hissədə 4 qol vuran “Bornmut” əzmkar qələbəylə ayrılıb.
“Bornmut” hazırda 35 xalla 13-cü, “Luton Taun” 21 xalla 18-ci pillədə qərarlaşıb.
İngiltərə Premyer Liqası
17-ci tur
13 mart
Bornmut – Luton Taun 4:3
Qollar: Solanke, 50. Zabarnı, 62. Semenyo, 64; 83 – Conq, 9. Oqbene, 31. Barkli, 45+1.