KONKAKAF (Şimali və Mərkəzi Amerika və Karib Hövzəsi Futbol Konfederasiyası) Millətlər Liqasının qalibi bəlli olub. Finalda Meksika yığmasını 2:0 hesabı ilə üstələyən ABŞ millisi titula sahib çıxıb.

Qolları 45-ci dəqiqədə Tayler Adams və 63-cü dəqiqədə Covanni Reyna vurublar. Beləliklə, komanda ardıcıl üçüncü dəfə bu turnirdə qızıl medalları əldə edib.

Üçüncü yer uğrunda görüşdə Yamayka Panamanı minimal hesabla üstələyib. Qələbə qoluna 42-ci dəqiqədə Dekster Lembikisa imza atıb.

Shares: