Milli Basketbol Assoasiyasının rəhbərliyi “Ulduzlar Oyunu”nun formatında dəyişiklik edib. Bundan sonra oyunda ABŞ komandası digər ölkələrin yığması ilə qarşılaşacaq.

“Biz bu barədə çox düşündük. Bu il baş tutan oyunun da öz təsiri oldu. Bundan sonra ABŞ-dən olan yığma ilə digər basketbolçular qarşılaşacaq. Nə qədər çalışsaq da oyuna mübarizə ruhunu qata bilməyəcəyik. Bunu nə klublar, nə də basketbolçular istəmir. Bacardığımız qədər çalışıb tədbiri basketbol bayramına çevirməliyik”, – deyə MBA-nın komissioner Adam Silver CNN kanalında Çarlz Barkliyə verdiyi müsahibəsində bildirib.

Shares: