Almaniya kubokunda ilk finalçı müəyyənləşib.
Futbolinfo.az xəbər verir ki, yarımfinalın ilk matçında “Saarbrükken” “Kayzerslautern”i qəbul edib.
Görüş qonaq komandanın 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Beləliklə, 2-ci Bundesliqa təmsilçisi finala yüksəlib. Bu komanda həlledici oyunda “Bayer” – “Fortuna” (Düsseldorf) cütünün qalibi ilə qarşılaşacaq.