“İnter”in baş məşqçisi Simone İnzaqi İtaliya klubunda titul sayında Joze Mourinyonu ötüb. Mütəxəssis bunu Milan təmsilçisi ilə cari mövsümdə A Seriyasında qalib olmaqla bacarıb.
Bu, onun komandada 6-cı kubokudur. İnzaqi iki dəfə İtaliya Kubokunu və üç dəfə ölkə Superkubokunu da qazanıb.
Mourinyo “İnter”də 5 titul əldə etmişdi. Klubda rekordçular Helenio Herrera və Roberto Mançinidir (hərəyə 7 titul).