Avropa Liqasında həftənin ən yaxşısı adına namizədlər müəyyənləşib.

Futbolinfo.az xəbər verir ki, bu ada iki namizəd var.

Bunlar “Atalanta”nın futbolçusu Ten Kopmeynerslə “Bayer”dən Robert Andrixdir.

Kopmeyners Marsel “Olimpik”i ilə səfər oyununda (1:1) bir assistlə yadda qalıb. Andrix isə “Roma”ya 2:0 hesabıyla qalib gəldikləri səfər matçında bir qola imza atıb.

Qalib UEFA-nın saytında azarkeşlər arasındakı səsvermədən sonra müəyyənləşəcək.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp