“Betis”in yarımmüdafiəçisi İsko La Liqada aprel ayının ən yaxşı oyunçusu seçilib. Bu barədə klubun saytı məlumat yayıb.

O, mükafat uğrunda mübarizədə “Real”dan Vinisius Junior, “Selta”dan Yaqo Aspas, “Sevilya”dan Yusef En-Nesri və “Jirona”dan Savionu qabaqlayıb.

2023/24 mövsümündə İsko La Liqada 27 oyuna çıxıb, 7 qol vurub və 4 qolun ötürməsini verib. Apreldə yarımmüdafiəçi 1 qol ötürməsinin müəllifi olub.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp