Dortmund “Borussiya”sa Niklas Züleni satmaq istəyir. Klub rəhbərliyi müştəri tapılacağı halda, müdafiəçini elə bu yay yola salacaq.

Futbolinfo.az xəbər verir ki, Almaniya millisinin üzvünün işinə münasibəti klub rəhbərliyini qəzəbləndirib. Kifayət qədər çalışmadığı üçün eniş yaşayan 28 yaşlı müdafiəçi məşqçilərə də qulaq asmır. Ona 22 mlyon avro qiymət qoyan Dortmund təmsilçisi təkliflərə açıqdır.

2022-ci ilin yayında 5 il oynadığı “Bayern”i azad agent kimi tərk edib “Borussiya”ya gələn Zülenin müqaviləsi 2 mövsümdən sonra bitəcək.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp