Azərbaycan bədii gimnastı İlona Zeynalova mayın 10-da Portuqaliyanın Portimao şəhərində start götürəcək “Challenge” seriyasına aid Dünya Kubokunda iştirak edəcək.
Futbolinfo.az xəbər verir ki, idmançı məşqçi Aleksandra Reyşin rəhbərliyi altında mübarizə aparacaq.
Üç gün davam edəcək yarışda hakim Yevgeniya Vilyayeva ədaləti qoruyacaq.