İsveçin “Yurqorden” klubu Azərbaycan millisinin futbolçusu Musa Qurbanlı ilə yollarını ayırmaqla bağlı qərarını qətiləşdirib. Bu barədə yerli mətbuat məlumat yayıb.

Futbolinfo.az xəbər verir ki, 22 yaşlı hücumçu ilə bu barədə artıq söhbət də olub. Belə ki, Stokholm klubunun idman direktoru Bosse Andersson həmyerlimizlə söhbət edib, onun baş məşqçinin gələcək planlarında olmadığını söyləyib. İsveçlilər artıq forvardla bağlı təklifləri nəzərdən keçirməyə hazırdır.

Qeyd edək ki, Musa Qurbanlının “Yurqorden”lə müqavilə müddəti 2026-cı ilin yayına qədərdir.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp