Dani Olmo daha bir qitə nəhənginin hədəfinə düşüb. “Bayern” ispan yarımmüdafiəçini qısa transfer siyahısına salıb.

Futbolinfo.az xəbər verir ki, bu transferdə Maks Eberl təşəbbüskardır. Münhenlilərin idman direktoru Olmonu “Leypsiq”də işlədiyi dönəmdən tanıyır. O, ispan futbolçunun Bundesliqanın nəhənginə fayda verəcəyinə əmindir.

Amma bu transfer “Bayern”ə asan başa gəlməyəcək. Olmo özü yetirməsi olduğu “Barselona”ya keçmək istəyir, daha iki ingilis klubu isə “Leypsiq”in qapısını döyür. Münhenlilər transfer dəyəri 50 milyon avro olan 27 yaşlı Danini dilə tutmaq üçün Eberlin bacarığına ümid edir.

“Leypsiq” Olmonu 2020-ci ildə 29 milyon avroya transfer edib. Onun müqaviləsinin müddəti 3 ildən sonra başa çatacaq.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp