MBA-da bu gecə pley-offun bir oyunu baş tutub. Yarımfinalda “Boston Seltiks” “İndiana Peysers”i qəbul edib.

“TD Garden”də keçirilən oyunda meydan sahibləri qalib gəliblər – 126:110. Bununla da seriyada hesab 2:0 olub.

Boston komandasının heyətində Ceylen Braun diqqət çəkib. O, görüşü 40 xalla tamamlayıb. Vayt və Teytum hərəyə 23 xal yığıblar. Qonaq komandada ən məhsuldar Paskal Siakam olub. Onun aktivində 23 xal var. Tayriz Halibörton isə cəmi 10 xal toplayıb.

Seriyanın növbəti iki oyunu İndianada olacaq.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp