Futbol üzrə Azərbaycan I Liqasını 10-cu sırada başa vuran “Araz Saatlı” klubu II Liqanın ikincisi “Cəbrayıl” klubu ilə üz-üzə gəlib.

Futbolinfo.az xəbər verir ki, 2024/2025-cü illər mövsümündə I Liqada mübarizə aparmaq uğrunda pley-off mərhələsinin ilk görüşü “ASCO Arena”da baş tutub.

Qarşılaşma “Cəbrayıl” kollektivinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Bu komandalar arasında cavab qarşılaşması iyunun 15-də baş tutacaq. İki oyunun nəticəsinə əsasən qələbə qazanan tərəf növbəti mövsüm Azərbaycan I Liqasında çıxış etmək hüququ qazanacaq.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp