Portuqaliya millisinin qapıçısı Dioqo Kosta rekorda imza atıb.

Futbolinfo.az “Opta”ya istinadən xəbər verir ki, qolkiper buna Almaniyada təşkil olunan Avropa çempinatının 1/8 final mərhələsinin Sloveniya ilə oyununda nail olub.

Penaltilər seriyasında ardıcıl üç zərbəni dəf edən D.Kosta bunu bacaran ilk qapıçı kimi tarixə düşüb.

O, həm də qitə çempionatları tarixində oyunsonrası penalti seriyasında qola imkan verməyən yeganə qolkiperdir.

Penaltilər seriyasında rəqibini 3:0 hesabı ilə üstələyən Portuqaliya millisi 1/4 finalda Fransanın rəqibi olub.

Shares: