“Sabah”da daha bir ayrılıq baş verib.

Futbolinfo.az xəbər verir ki, yarımmüdafiəçi Veysəl Rzayev paytaxt klubunu tərk edib.

22 yaşlı orta sahə oyunçusu “Turan Tovuz”a transfer olunub.

Qeyd edək ki, “Sabah” buna qədər yay fasiləsində Davit Volkov, Kristian Sebalyos, Kristian da Silva, Maruan Hadudi və Emmanuel Apehlə də yollarını ayırmışdı.

Shares: