“Neftçi”nin sabiq futbolçusu Elvin Yunuszadə karyerasını “Qəbələ”də davam etdirə bilər. Bölgə təmsilçisi təcrübəli müdafiəçini heyətinə qatmaqda maraqlıdır.

Futbolinfo.az saytının əldə etdiyi məlumatlara görə, 31 yaşlı futbolçu hazırda Qəbələdədir. Danışıqlar müsbət yöndə irəliləyərsə, onun I Liqa təmsilçisnə keçidi rəsmiləşəcək.

Qeyd edək ki, Yunuszadə daha öncə “Simurq”, “Neftçi”, “Qarabağ”, “Sabah”, “Səbail”, “Çelik”(Bosniya və Herseqovina), “Şkupi”(Şimali Makedoniya), “Şamaxı”, “Kəpəz”, “İrəvan” və “İmişli”də çıxış edib.

GÜNAY SÜLEYMANOVA

Shares: