“Kəpəz”lə Gəncə Memorial Hospital arasında tərəfdaşlıq müqaviləsi bağlanıb.

Futbolinfo.az xəbər verir ki, müqaviləni “Kəpəz” PFK İB-nin İdarə Heyətinin sədri İlqar Nadiri və Gəncə Memorial Hospitalın direktoru Vüsal Sadıqov imzalayıblar.

Tərəfdaşlıq anlaşmasına əsasən hospital mövsüm ərzində kluba tibbi xidmətlər göstərəcək.

Gəncə Memorial Hospital 2021-ci ildən Azərbaycan səhiyyə sektorunda fəaliyyət göstərir. Klinikada həm ambulator, həm stasionar olmaqla bir çox şöbə (kardiologiya, nevrologiya, funksional diaqnostika, laboratoriya, ümumi cərrahiyyə, travmatologiya, reanimatologiya və s.) mövcuddur. Klinikada yüksək ixtisaslı həkimlər, peşəkar tibbi personal Gəncə və ətraf rayonların əhalisinə xidmət göstərir. Memorial Hospital Avropa dövlətlərinin qabaqcıl tibbi laboratoriyalarının iş keyfiyyətini və standartlarını öz fəaliyyətində tətbiq edir. Klinikanın laboratoriya bölümü ən müasir cihazlarla təchiz edilib. Məhz bu üzdən Gəncə Memorial Hospital nəinki şəhərimizdə eləcə də bütün regonda, qərb bölgəsində güvənilən tibb müəssisəsidir.

Shares: