La Liqanın prezidenti Xavyer Tebas Parisdə keçirilən Olimpiya oyunlarının açılış mərasimindən narazılığını ifadə edib.

“Qəbuledilməz, hörmətsiz, biabırçı! Parisdə keçirilən Olimpiya oyunlarında “Son Şam yeməyi” təsvirindən bu şəkildə istifadə etmək, biz xristianlara qarşı təhqirdir. Dini inanclara hörmət haradadır?” — deyə Tebas X sosial şəbəkə hesabında yazıb.

Xatırladaq ki, Olimpiadanın məşəlini atletika üzrə üçqat olimpiya çempionu Mari-Xose Perek və cüdo üzrə üçqat olimpiya çempionu Teddi Riner alovlandırıb. Bundan sonra kanadalı müğənni Selin Dion çıxış edib. Ledi Qaqa da idmançılar və tamaşaçılar qarşısında fransızca mahnı oxuyub, Zinəddin Zidan və Rafael Nadal isə Olimpiya məşəlinin keçməsində iştirak ediblər.

Təşkilatçılar İsa peyğəmbər və apostollarının yerinə saqqallı qadın və qadın paltarı geyinmiş kişilərin olduğu “Son Şam yeməyi”nə bənzər tamaşa hazırlayıblar. Tamaşanın sonunda səhnəyə qədim yunan tanrısı Dionisi təsvir edən çılpaq adam çıxıb.

Shares: