Qazaxıstan millisinin müvəqqəti baş məşqçisi müəyyənləşib.
Futbolinfo.az xəbər verir ki, bu barədə Qazaxıstan Futbol Federasiyası məlumat yayıb.
Komanda 44 yaşlı mütəxəssis Əli Əliyevə tapşırılıb. O, bu vəzifədə yanvarın 27-də istefaya göndərilən Stanislav Çerçesovu əvəzləyib.
Əliyevin son klubu “Kızılhar” olub. O, karyerası ərzində Qazaxıstanın gənclərdən ibarət yığmasında baş məşqçinin köməkçisi də işləyib.






