Azərbaycan millisinin üzvü Coşqun Diniyevin yeni klubu məlum olub.
Futbolinfo.az xəbər verir ki, “Ümraniyəspor”dan ayrılan futbolçu karyerasını Türkiyədə davam etdirəcək.
29 yaşlı yarımmüdafiəçi “Bandırmaspor”a keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Diniyev 1-ci liqa təmsilçisi ilə 2024/2025 mövsümünün sonuna kimi müqavilə imzalayıb.
Diniyev ötən mövsüm “Ümraniyəspor”un heyətində 33 rəsmi matçda 3 qol vurub və 2 məhsuldar ötürmə edib.