Azərbaycan millisinin müdafiəçisi Rahil Məmmədovun yeni klubu “Radomyak” Polşa çempionatında 2-ci turun oyununa çıxıb.

Futbolinfo.az xəbər verir ki, Radom təmsilçisi evdə son çempion “Yagelloniya” ilə qarşılaşıb.

Oyun qonaqların 3:2 hesablı qələbəsi ilə başa çatıb. Rahil bu oyunu ehtiyat oyunçular skamyasından izləyib.

Məmmədov bir neçə gün əvvəl “Radomyak”la 2 illik müqavilə imzalayıb.

Shares: