“Adana Demirspor”un futbolçusu Maestro “Neftçi”yə keçməkdən imtina edib. Tam adı Antono Simao Muanza olan yarımmüdafiəçi bakılıların təklifini geri çevirib.
Futbolinfo.az xəbər verir ki, ilin əvvəlində Türkiyə klubuna keçən anqolalı üçün bakılılar yaxşı transfer haqqı təklif edib. Adanalılar maliyyə problemləri üzündən 20 yaşlı liberonu göndərməyə hazır imiş. Amma “Benfika”nın B komandasından yarım milyon avroya alınmış futbolçu Azərbaycana yollanmaqdan boyun qaçırıb.
Maestronun Türkiyə klubu ilə iki illik müqaviləsi var. O, bu ölkədə qalmaq, daha sonra Avropaya yollanmaq niyyətindədir.