“Qəbələ” daha 3 futbolçu ilə yollarını ayıracaq.
Futbolinfo.az xəbər verir ki, Samuel Tetteh, Kristof Atanqana və Zurab Oçiqava bölgə klubunda qalmayacaq. Bu il Premyer Liqanı tərk edən “qırmız-qaralar”ın oyunçuları I Liqada çıxış etməkdən boyun qaçırıb.
Klub rəhbərliyi bir sıra futbolçuları komandada qalmağa razı salıb. Amma sözügedən oyunçular fikrini dəyişib və yeni klub axtarır.