“US Open 2003”-ün çempionu və dünya reytinqinin keçmiş 1 nömrəsi, amerikalı tennisçi Endi Roddik sosial şəbəkə hesabında, Olimpiya Oyunlarında cütlüklərdə çıxış edən ispaniyalı Karlos Alkaras – Rafael Nadal duetinə yeni ad qoyub.

Roddik sosial media hesabında onları “Rafaras” adlandırıb.

21 yaşlı Karlos Alkaras və 38 yaşlı Rafael Nadal cütlüklərin birinci turunda argentinalı Andres Molteni/Maksimo Qonzales dueti üzərində 7:6 (7:4), 6:4 hesabı ilə qələbə qazanıb. İkinci turda onlar niderlandlı cütlük Taylon Qriekspor/Uesli Koolhof ilə qarşılaşacaqlar.

Shares: