Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin cavab oyununda “Dunayska Streda”nın qonağı olacaq “Zirə”nin son məşqinin vaxtı müəyyənləşib.

Futbolinfo.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Azərbaycan təmsilçisi iyulun 31-də Slovakiyada oyunöncəsi son məşqinə çıxacaq.

Rəşad Sadıqov yetirmələrini həmin gün Bakı vaxtı ilə saat 20:30-da meydana çıxaracaq. Bundan yarım saat əvvəl isə çalışdırıcının iştirakı ilə mətbuat konfransı təşkil olunacaq.

Qeyd edək ki, “Dunayska Streda” – “Zirə” oyunu avqustun 1-də reallaşacaq. Bakıdakı ilk matçda “Zirə” 4:0 hesablı qələbə qazanıb.

Shares: